12 aprel 2025 at 16:40
Jurnalist kodu: 5561
Xəbər kodu: 85801193
T T
0 Persons

İranın 15 qonşu ölkə ilə qeyri-neft ticarəti 21 faiz artıb

12 aprel 2025 at 16:40
Xəbər kodu: 85801193
İranın 15 qonşu ölkə ilə qeyri-neft ticarəti 21 faiz artıb

Tehran - İRNA - İran Gömrük İdarəsinin baş direktoru bildirib: “İranın 1403-cü Günəş ilində (m.2024) 15 qonşu ölkə ilə qeyri-neft ticarəti 21% artaraq 74 milyard 317 milyon dollara çatıb və qonşu ölkələr arasında ən yüksək artım Səudiyyə Ərəbistanının payına düşür.”

Fərvəd Əsgəri deyib: “İranın 1403-cü ildə 15 qonşu ölkə ilə qeyri-neft ticarətinin çəkisi 112 milyon 813 min ton olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 16 faiz artım deməkdir.”

F. Əsgəri qeyd edib ki, 1403-cü ildə İranla qonşu ölkələr arasında ən böyük qeyri-neft ticarəti Birləşmiş Ərəb Əmirlikləri ilə 29 milyard 183 milyon dollar, Türkiyə ilə 19 milyard 363 milyon dollar, İraqla 12 milyard 508 milyon dollar, Pakistan 3 milyard 129 milyon dollar, Əfqanıstanla 2 milyard 479 milyon dollar olmuşdur.

İran Gömrük İdarəsinin baş direktoru 15 qonşu ölkə arasında dəyər baxımından İranın qeyri-neft ticarətinin ən yüksək artım tempi ilə bağlı bildirib: “1403-cü ildə İran və Səudiyyə Ərəbistanı arasında qeyri-neft ticarəti qonşu ölkələr arasında dəyər baxımından müvafiq olaraq 6483%, Türkiyə 63%, Qətər 46%, Əfqanıstanla 28% artmışdır.”

0 Persons

Sizin rəyiniz

You are replying to: .